Dünya Futbolu

“Arsenal” və “Çelsi” biletləri sata bilmir

23.05.2019 , 13:09

Bakıda keçiriləcək Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” klubu onlara ayrılmış biletləri sata bilməyib.

London klublarının azarkeşləri Azərbaycana səyahət etməyin çətin və baha olmasını əsas gətirərək, bilet almaqdan imtina edir.

UEFA klublara 12 min bilet (hər kluba 6 min) ayırsa da, onlar cəmi 5800 bilet satıb. Klublar satılmayan biletləri geri göndərməyi planlaşdırır.

Avropa Liqasının finalı mayın 29-u, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Son yazılar

Yuxarı