“Arsenal” Uelbek ilə müqaviləni uzadır
31.03.2019 , 22:27

İngiltərənin “Arsenal” klubu mövsüm sonunda müqaviləsi bitəcək olan Dani Uelbeklə yola davam etmək istəyir.
“Topçular” uzun müddətdir zədəli olan ingilis futbolçu ilə müqaviləni uzatmağa qərar verib. Bu barədə komandanın baş məşqçisi Unayi Emeri danışıb.
“Uelbekin sağalma prosesi yaxşı gedir. Ola bilsin ki, mövsümün sonuna yaxın meydana çıxsın. Bizim ingilis futbolçulara ehtiyacımız var.”
Qeyd edək ki, Dani Uelbek bu mövsüm 14 dəfə meydana çıxıb və 5 qol vurub.
