“Arsenal” üçün önəmli qələbə
25.10.2023 , 12:01

Ötən gecə “Sevilya” üzərində qələbə qazanan “Arsenal”ın bu qalibiyyəti 7 illik həsrətə son qoyub.
Korner.az-ın məlumatına görə, London klubu 7 il bundan öncə Çempionlar Liqasında səfərdə qələbə qazanmışdı. Bu səbəbdən də İsoanuyada qazanılan qələbə mühim olub.
Qeyd edək ki, “Arsenal” bu qələbə ilə qrupdakı xallarını 6-ya çatdırıb.
