“Arsenal” klubunun müdafiəçisi Kieran Gibbs ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, futbolçu 3 həftəlik sıradan çıxıb. Həkim müayinəsindən sonra ingilisin zədəsinin ciddi olduğu aşkarlanıb.
Qeyd edək ki, Gibbs 16 avqustda keçirilən “Kristal Pelas” oyununda zədə alıb (2:1).
