“Arsenal” üçün 13 il sonra gələn final
10.05.2019 , 10:18

İngiltərənin “Arsenal” klubu uzun müddətdən sonra avrokuboklarda finala çıxmağa bacarıb.
“Topçular” Bakıda keçiriləcək Avropa Liqası finalında “Çelsi” ilə qarşılaşacaq. Sonuncu dəfə 2006-cı ildə Çempionlar Liqasında finala adlayan London klubu 13 il sonra yenidən finalda oynayacaq. “Arsenal”ın baş məşqçisi Unai Emeri isə elə ilk ilində yeni klubunu finala çıxarmış oldu. Ardıcıl olaraq 3 il “Sevilya” ilə Avropa Liqasında fəxri kürsünün ən yüksək zirvəsinə yüksələn Emerinin bu turnirdə final təcrübəsi var.
Qeyd edək ki, “Arsenal” – “Çelsi” görüşü mayın 29-u Bakı Olimpiya stadionunda keçiriləcək.
