“Arsenal” transfer etməyəcək
17.12.2018 , 20:23

“Arsenal”ın baş məşqçisi Unay Emeri London klubunun qış transfer planları haqda danışıb.
O, böyük ehtimalla, bu qış oyunçu almayacaqlarını deyib: “Bu transfer dönəmində bir şey edəcəyimizi düşünmürəm. Çünki yanvar ayında önəmli oyunçuları transfer etmək çətindir”.
Qeyd edək ki,”Arsenal” Premyer Liqasında 34 xalla 5-ci pillədə yer alıb.
