İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venqer əsas futbolçuları olan Mesut Özil və Aleksis Sançesi əldən vermək istəmir.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis öz açıqlamasında bildirib ki, klub rəhbərliyi futbolçuları klubda saxlamaq üçün əlindən gələn her şeyi edəcək.
Fransız çalışdırıcı şənbə günü keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladırarkən deyib:
“Mesut Özilin və Aleksis Sançesin müqavilələrinin bitməsinə 18 ay var. Bu müddət uzun bir müddətdir. Bu müddət rzindəoyunçular klubda qalacaq. Ümid edirəm ki, ikisi də komanda da daha uzun müddət qalacaq. Problem olacağını düşünmürəm”.
Xatırladaq ki, həftəlik 140 min sterlinq alan Mesut Özil və həftəlik 130 min sterlinq alan Sançes “Maçester Yunayted”in şərəfini qoruyan və həftəsinə 290 min sterlinq qazanan Pol Poqba ilə oxşar müqavilə imzalamaq istəyirlər.
