"Arsenal" Aleksis Sançesi 50 milyon funt-sterlinqdən aşağı qiymətə satmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə "London Evening Standard" məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi futbolçunu heyətinə qatmaq istəyənlərdən 50 milyon funt-sterlinq tələb edib. Buna səbəb rəhbərliyin lider oyunçunu itirmək istəməməsidir.
Bundan başqa, London təmsilçisi alıcının İPL-dən olmamasını da istəyir. Ən uyğun variant kimi onlar PSJ və "Yuventus"u görür.
