“Arsenal” səfərdə “Tottenhem”i darmadağın etdi – Video
23.02.2026 , 09:00
İngiltərə Premyer Liqasında 26-cı turun oyunları baş tutub.
Korner.az xəbər verir ki, səfərdə “Tottenhem” ilə qarşılaşan “Arsenal” rəqibini 4:1 hesabı ilə məğlub edərək qələbə qazanıb.
Bu qələbədən sonra “Arsenal” 61 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Tottenhem” isə 29 xalla 16-cı pillədə qərarlaşıb.