“Arsenal” səfərdə darmadağın oldu
28.04.2019 , 17:40

İngiltərə Prmeyer Liqasında 36-cı turun görüşləri keçirilir.
Çempionlar Liqasına getmək uğrunda mübarizə aparan “Arsenal” klubu növbəti dəfə məğlubiyyətlə üzləşib. “Topçular” səfərdə “Lester Siti” klubuna 3:0 hesabı ilə məğlub olublar.
İngiltərə Premyer Liqası
28 aprel, bazar
“Lester Siti” – “Arsenal” 3:0
Qollar: 59′ Youri Telesmian (1:0), 86′ Cemi Vardi (2:0), 90′ Cemi Vardi (3:0)
Qeyd edək ki, “Arsenal” 66 xal ilə turnir cədvəlinin 5-cisidir. 51 xalı olan “Lester Siti” isə 8-ci pillədədir.
