“Real”da heç də özünü xoşbəxt hiss etməyən Qonsalo İquayin yeni mövsümdən etibarən İngiltərə “Arsenal”ında top qovacaq.
Korner.az-ın məlumatına görə, argentinalı forvard “topçular”la müqavilə bağlayacağı deyilir. London klubu Argentina milli komandasının üzvünə görə təqribən 25 milyon avro xərcləyəcəyi bildirilir. Forvardın özü isə ilinə 7,2 milyon avro qazanacaq.
Qeyd edək ki, ötən mövsüm La Liqada 28 oyuna 16 qol vuran futbolçu ilə “Yuventus” da maraqlanırdı.