İngiltərənin “Arsenal” klubunun rəhbərliyi komandada islahatlar aparmaq qərarına gəlib. Bu barədə “Triball Football” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Arsenal”ın çalışdırıcısı Arsen Venqer komandanı tərk edəcək. Fransız mütəxəssislə “topçular”ın rəhbərliyi arasında razılıq əldə olunub: baş məşqçiyə bu mövsüm şans veriləcək. Əgər Venqer cari mövsümdə pis nəticələrə imza atarsa, komandadan elə mövsümün ortalarında göndəriləcək.
Əks halda, əgər Arsen Venqer normal nəticələr göstərsə, mövsüm sonu komandanı tərk edəcək. Yəni, hər iki ehtimalda çalışdırıcı il sonunda London klubundan ayrılacaq. Venqerin komanda ilə müqaviləsinin müddətinin bitməsinə iki il qalsa da, rəhbərlik onunla yolları ayıracaq.
“Topçular” artıq onun əvəzinə yeni baş məşqçi axtarlışına da başlayıb. Rəhbərlik “Barselona”da çalışmış Luis Enrikeni transfer etməyi düşünür.
