Avropa liqası

“Arsenal” – “Qarabağ” oyununda erməni təxribatı

14.12.2018 , 09:44

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”la qarşılaşıb və 0-1 hesabı ilə uduzub.

Matçın son dəqiqələrində xoşagəlməz hadisə baş verib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını tutaraq, “Qarabağ” futbolçularının üzərinə qaçıb. Mühafizəçilər dərhal onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir.

Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.

Son yazılar

Yuxarı