“Arsenal” qapıçısını icarəyə verdi
24.01.2019 , 10:01

“Arsenal” qapıçısı Emiliano Martinesi icarəyə verib.
Argentinalı qolkiper karyerasını İngiltərə Çempionşipində davam etdirəcək. 26 yaşlı əlcək sahibi mövsümün sonuna qədər “Ridinq”də çıxış edəcək.
Qeyd edək ki, “İndependiente”nin yetirməsi 2010-cu ildən “Arsenal”dadır. Martines 6-cı klubda icarə əsasında oynayacaq.
