“Arsenal” qapıçı transfer edir
17.12.2024 , 13:55
“Atalanta”nın qapıçısı Marko Karneseçi klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
24 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqlıdır.
“Topçular” yay transfer pəncərəsində Marko Karneseçi ilə müqavilə imzalamağı planlaşdırır.