“Arsenal”ın baş məşqçisi Arsen Venger Tottenhemlə oyundan sonra zədəli futbolçuların vəziyyətinə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, dünənki derbidə “Arsenal”ın 3 futbolçusu xəsarət alıb:
“Remzinin dizaltı qığırdağı, Uilşirin əzələsi , Artetanın isə dabanı zədələnib. Hər ikisi zərbədən xəsarət alıblar. Remzinin dizaltı qığırdağında problemi var. O , çox qüvvətli futbolçudur. Belə bir zədəyə mən də təəccübləndim. Arteta və Remzi oynaya bilməyəcək. Bu dəqiqdir. Uilşirin isə oynaması sual altındadır. Bu gün biz 3 nəfəri itirdik. Bura Jiru və Debüşini də əlavə edin. Diabi də hələ ki, oynaya bilməz. Bu isə 6 nəfər deməkdir. Bu səbəbdən də heyətlə bağlı bir qədər qorxum var”
