Son günlərdə “Arsenal” klubunun “Çelsi”nin qapıçısı Petr Çexi transfer edəcəyi barədə söz-söhbətlər səngimək bilmir.
Korner.az-ın məlumatına görə, London klubu bu transferin baş tutmağı üçün əlindın gələni edir.
“The Independent”in verdiyi məlumata inansaq, “topçular” çexiyalı oyunçuya görə öz qapıçı məşqçisi Toni Robertsi işindən azad edib. Roberts artıq “Suonsi” klubunda çalışacaq.
“Arsenal”ın yeni qapıçı məşqçisi isə “Çelsi”də çalışan və Çexin şəxsi məşqçisi olan Xristofor Lollikon olacağı deyilir
