“Arsenal” Özili icarəyə verir
21.12.2018 , 10:48

“Arsenal” qış fasiləsində Məsut Özili icarəyə göndərə bilər.
Türk əsilli yarımmüdafiəçi baş məşqçi Unay Emeri ilə yola getmir.
London təmsilçisi Özili satmaq istəsə də, futbolçu buna razı deyil və onun klubu ilə müqaviləsi davam edir. Bu səbəbdən “topçular” almaniyalı futbolçunu icarəyə vermək istəyir.
Qeyd edək ki, 2013-ci ildən “Arsenal”da çıxış edən Özilin klubu ilə 2021-ci ilə qədər müqaviləsi var.
