Dünya Futbolu

“Arsenal” öz rekordunu təkrarlayıb

08.10.2018 , 10:13

“Arsenal” öz göstəricisini təkrarlayıb. “Topçular” buna Premyer Liqanın VIII turunda “Fulhem”lə matçda nail olub.

Səfərdə qələbə qazanan Unay Emerinin yetirmələri cari mövsümdə bütün turnirlərdə ardıcıl 9-cu qalibiyyətlərini əldə ediblər. Belə ki, “topçular” avqustun 25-də başlayan uğurlu seriyada “Vest Hem” (3:1), “Kardiff” (3:2), “Nyukasl” (2:1), “Vorskla” (4:2), “Everton” (2:0), “Brentford” (3:1), “Uotford” (2:0), “Qarabağ” (3:0) və “Fulhem”i (5:1) məğlubiyyətə uğradıb.

Bununla “Arsenal” 3,5 ildən sonra ilk dəfə belə seriya yaxalayıb. Komanda 2015-ci ilin mart-aprel aylarında da bunu bacarmışdı. Həmin vaxt londonlular Premyer Liqanı 3-cü pillədə tamamlamış və İngiltərə Kubokunu qazanmışdı.

Son yazılar

Yuxarı