“Arsenal” onunla müqavilə yeniləyir
29.02.2024 , 12:45

“Arsenal” Jorginyo üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub mövsümün sonunda müqaviləsi bitəcək Jorginyo ilə yeni müqaviləyə hazırlaşır.
Premyer Liqa klubu onunla uzunmüddətli sözləşmə bağlamaq istəyir.
“Arsenal”ın heyətində ümumilikdə 41 rəsmi oyuna çıxan Jorginyo bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
