“Arsenal” onu transfer edəcək
06.12.2024 , 11:12
“Vulverhempton”un hücumçusu Mateus Kunya klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu ilə “Arsenal” maraqlanır.
London klubu artıq 25 yaşlı oyunçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb.
Kunya cari mövsümdə “Vulverhempton”un heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.