“Arsenal” növbəti dəfə Bakıya gəldi
26.05.2019 , 09:49

UEFA Avropa Liqasının finalçılarından olan İngiltərənin “Arsenal” klubu ötən gün Bakıya gəlib.
London təmsilçisi yerli vaxtla saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.
“Topçular” “Alov qüllələri”ndə yerləşən “Fairmont” otelində qalacaq.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq həlledici oyunda “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.
