“Arsenal” – “Neftçi” oyununa hakim təyinatları
20.07.2019 , 16:19

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Arsenal” (Tula,Rusiya) – “Neftçi” oyunun hakim təyinatları açıqlandı.
Korner.az klubun saytına istinadən xəbər verir ki,oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.Baş hakim Enea Yorqyi olacaq.Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər.Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək.
