“Arsenal” – “Neftçi” oyununa bilet azalır
23.07.2019 , 18:41

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rusiyanın “Arsenal” klubunun qonağı olacaq.
Korner.az-ın məlumatına görə,oyuna maraq böyükdür.”Arsenal” stadionunda baş tutacaq qarşılaşma üçün satışda 1683 bilet qalıb.Stadionun azarkeş tutumu isə 19 241 nəfərdir.
Qeyd edək ki, “Arsenal” – “Neftçi” oyunu iyulun 25-i,Bakı vaxtı ilə 21:00-da start götürəcək.
