İngiltərənin “Arsenal” klubu “Qalatasaray”ın qapıçısı Fernando Muslera ilə yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, London təmsilçisinin rəhbərliyi Voytsex Şensnı və David Ospinanın çıxışından narazıdı.
Bu səbəbdən də “topçular” qolkiper axtarışlarına başlayıblar. Muslera razılıq verərsə, London klubu uruqvaylıya görə 15 milyon funt-sterlinq təklif edəcək.
Bu keçid baş tutmasa, “Arsenal” diqqətini “Çelsi”nin ikinci qapıçısı Petr Çexə yönəldəcək.
