“Arsenal” müdafiəçi axtarır
04.03.2019 , 19:03

İngiltərənin “Arsenal” klubu yeni mövsümün hazırlıqlarına başlayıb.
İngiltərə mətbuatına görə, “Topçular” ispaniyalı müdafiəçisi Naço Monreal üçün alternativlər axtarmağa başlayıb. Adı çəkilən klub “Ayaks”ın argentinalı futbolçusu Nikolas Taqliafikonu yeni mövsüm heyətinə qatmaq istəyir. Bundan başqa “Seltik” klubundan Kiran Tirneydə alternativ futbolçular arasında yer alır.
Qeyd edək ki, Naço Monreal “Arsenal” klubunun heyətində 177 görüşə çıxıb və 7 qol vurub.
