İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” klubu “Atletiko Madridin” ulduz futbolçusu Antonyo Qrizmanı heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mail” xəbər verirş
Xatırldaq ki, digər bir İngiltərə təmsilçisi “Mançester Yunayted” də 25 yaşlı fransız futbolçunu transfer etmək üçün çalışmaları davam etdirir.
Qeyd edilir ki, futbolçunun transfer qiymətinin 100 milyon avroya qədər yüksələcəyi gözlənilir. Maliyyə vəziyyəti nəzərə alınarsa, “qırmızı şeytanlar”ın “topçular”a nisbətən şansının daha çox olduğu düşünülür.
