“Arsenal” klubu İngiltərə FA Kubokunun sahibi olub.
Korner.az-ın məlumatına görə, “Wembley”də “Aston Villa” ilə qarşılaşan “Arsenal” rəqibini darmadağın etdi – 4:0
Uolkot, Sançez, Mertezaker və Jirunun qolları “Arsenal”a ardıcıl ikinci dəfə bu mükafata yiyələnməyə imkan yaratdı.
“Topçular” bu kuboku qazanmaqla İngiltərə futbol tarixinə adını yazıb. Belə ki, FA Kubokunu ən çox qazanan “topçular” (12 dəfə) “Community Shield”də çempion “Çelsi” ilə oynamaq şansını qazandı.
