“Arsenal” Kenan Yıldızı transfer etmək üçün fəaliyyətini gücləndirib
03.12.2025 , 10:45
“Arsenal” klubu “Yuventus”un gənc türk hücumçusu Kenan Yıldızı heyətinə qatmaq üçün işlərini sürətləndirib.
Korner.az xəbər verir ki, London klubu futbolçu ilə bağlı “Yuventus”un tələblərini öyrənmək məqsədilə artıq ilkin əlaqə yaradıb.
“Topçular” Kenan Yıldızı 2026-cı ilin prioritet transfer hədəfi olaraq müəyyənləşdirib. İtaliya klubu isə gənc oyunçu ilə yeni müqavilə üzrə danışıqları davam etdirdiyi üçün hələ transfer qiymətini açıqlamayıb.
Qeyd edək ki, bu transferdə “Arsenal”ın əsas rəqibi “Real Madrid”dir.