“Mançester Yunayted”in futbolçusu Antoni Marsial zədələnib.
Korner.az-ın məlumatına görə, dünən Avropa Liqası 1/16 final mərhələsi çərçivəsində keçirilən “Mityulland”la matçda zədələnən futbolçu bərpa müddəti məlum deyil.
Lakin klubun baş məşqçisi Lui van Qalın dediyinə görə, o, “Arsenal” ilə oynanacaq liqa matçına çata bilməyəcək.
Marsial bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 21 oyunda 7 dəfə fərqlənib.
