“Arsenal”ın iki futbolçusu Tomas Rosiçki və Per Mertazaker London klubu ilə sözləşmə müddətini uzadıblar.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çexiyalı yarımmüdafiəçi “topçular”la 2016-cı ilə qədər, almaniyalı müdafiəçi isə 2017-ci ilə qədər müqavilə imzalayıb.
33 yaşlı Rosiçki bu mövsüm 18 oyunda iştirak edib və bir qol vurub, bir dəfə də məhsuldar ötürmə verib. 29 yaşlı Mertazaker isə 26 oyunda rəqib qapıçıları iki dəfə məyus edib, bir qol ötürməsi verib.
