“Arsenal” hücumçusunu satdı
09.08.2018 , 14:36

“Arsenal”ın hücumçusu Lukas Peres karyerasını “Vest Hem”də davam etdirəcək.
29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Britaniya mətbuatı bu transfer üçün “Vest Hem”in 10 milyon funt sterlinq ödədiyini yazıb.
Qeyd edək ki, L.Peres 2016-cı ildə “Deportivo”dan “Arsenal”a transfer olunmuşdu.
