“Arsenal” gənc oyunçu transfer edir
25.03.2024 , 23:41

“Arsenal” Lissabon “Sportinq”ində çıxış edən Ousmane Diomande üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Mikel Artetanın rəhbərliklə görüşündə mütləq bir mərkəz müdafiəçisi ilə heyətini gücləndirmək istədiyi və Ousmane Diomandeni çox istədiyi bildirilib.
Həmçinin iddia edilirdi ki, “Sportinq” yalnız 80 milyon avroluq dəyərində sərbəst buraxılma maddəsini qəbul edəcək və ondan aşağı təklifləri nəzərə almayacaq.
