“Arsenal” gənc müdafiəçini komandada saxladı
19.06.2025 , 13:40

“Arsenal” futbolçusu Mayls-Lyuis Skelli ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, London təmsilçisi 18 yaşlı oyunçunu komandada saxlayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumatda, yaxın günlərdə ingiltərəli müdafiəçi ilə yeni müqavilənin imzalanacağı bildirilib.
