“Arsenal” futbolçusunu icarəyə verdi
31.01.2019 , 15:16

“Arsenal” gənc futbolçusu Emil Smit Rounu icarəyə verib.
18 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək. İngiltərəli futbolçu Bundesliqa təmsilçisi “Leyptsiq”də mövsümün sonuna kimi çıxış edəcək.
Qeyd edək ki, Emil “Arsenal”ın yetirməsidir. Gənc ulduz peşəkar karyerasında ilk qolunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oyunda (3:0) vurub.
