“Arsenal” futbolçusunu 8-10 həftəlik itirdi
10.03.2020 , 19:29

“Arsenal”ın İngiltərə Federasiya kubokunun 1/8 finalının “Portsmut”la matçında (2:0) zədələnən futbolçusu Lukas Torreyranın durumuna tam aydınlıq gəlib.
Korner.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
