"Arsenal" ötən mövsüm "Montepelyer"in heyətində Fransa çempionu olan Olivier Qiroudu rəsmən transfer edib.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib. Verilən informasiyada futbolçu ilə hər barədə razılığa gəlindiyi, hətta müqavilənin belə bağlandığı bildirilir.
Qeyd edək ki, ötən il çempion olan "Montepelyer"in heyətində Qiroudu 36 oyunda 21 qol vurmağı bacarmışdı.
