London "Arsenal"ının baş məşqçisi Arsen Venqer klubu haqqında danışıb.
Korner.az-ın məlumatın görə, 18 ildir ki klubun başında olan Venqer BBC-yə danışıb. O bildirib ki, klubu fəxr edilməyə layiqdi:
"Çətin dönəmlər keçirdik. Yeni stadion tikdirdik. Buna rəğmən hər zaman çempionluq uğrunda mübariəz apardıq. Biz böyük ailəyik. "Arsenal" fəxr ediləsi klubdu, azarkeşlərin buna tam haqqı var".
Qeyd edək ki, fransız mütəxəssis 1996-cı ildən "topçular"ın baş məşqçisi postundadı
