“Arsenal” Dembele üçün hərəkətə keçə bilər
17.02.2026 , 20:30
PSJ-nin futbolçusu Usman Dembele yaxın gələcəkdə klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu fransalı hücumçunu yay transfer pəncərəsi üçün potensial namizədlər siyahısına daxil edib.
Xarici mətbuat yazır ki, London təmsilçisi 28 yaşlı futbolçunun Premyer Liqaya uyğunluğunu dəyərləndirir və mümkün transferlə bağlı ilkin planlar üzərində işləyir.
Xatırladaq ki, Dembele 2023-cü ildə “Barselona”dan PSJ-yə 50 milyon avro qarşılığında keçib. Fransa millisinin üzvü cari mövsümdə Paris klubunun heyətində 24 oyunda iştirak edib, 11 qol vurub və 7 assistlə yadda qalıb.