“Arsenal” Çembersi icarəyə verdi
08.08.2018 , 16:22

“Arsenal” futbolçusu Kalum Çembersi icarəyə verib
23 yaşlı müdafiəçi gələn mövsüm “Fulhem”də çıxış edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, ingiltərəli futbolçu 2014-cü ildən “Arsenal”da çıxış edir. O, London klubunun heyətində 48 oyun keçirib və 2 qol vurub.
