“Arsenal” bu futbolçunu buraxmaq istəmir
31.05.2023 , 16:41

“Arsenal” futbolçusu Martin Edeqoru satmayacaq.
Korner.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Daha əvvəl PSJ-nin norveçli yarımmüdafiəçini transfer etmək istədiyi bildirilib. “Arsenal” yüksək məbləğli təklif gələcəyi halda belə, Edeqoru komandada saxlayacaq.
