“Arsenal” bu futbolçu üçün razılığa gələ bilmir
18.07.2024 , 16:30

“Arsenal” yeni transferini bitirmək üzrədir.
Korner.az xəbər verir ki, “topçular” “Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiorinin keçidini yekunlaşdırmaq istəyir.
Tərəflər arasında danışıqlar davam edir. İtaliya təmsilçisi “Arsenal”la razılığa gələ bilməyib.
Buna səbəb, İngiltərə kluby Rikkardo üçün 40 milyon avro təklif edib, amma “Bolonya” daha yüksək məbləğ tələb edir.
