“Arsenal” Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”ya qarşı matça ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın qapıçısı Voyçex Şesni və yarımmüdafiəçi Cek Uilşir sözügedən oyunu buraxacaq. Buna səbəb hər iki futbolçunun İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted”ə qarşı görüşdə zədələnməsidir.
Qeyd edək ki, “Arsenal” – “Borussiya” oyunu noyabrın 26-i keçiriləcək.
