Futbol

“Arsenal” Bernard ilə maraqlanır

10.07.2014 , 10:51

Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Bernard karyerasını İngiltərədə davam etdirə bilər.

Korner.az-ın məlumatına görə, Braziliya yığmasının cinah hücumçusu London “Arsenal”ının maraq dairəsindədi. “Topçular” futbolçu ilə növbəti həftədə danışıqlara başlayacaq. Bernardın özü də “Arsenal”a keçməyə qarşı deyil. (Goal.com)

Xatırladaq ki, Bernard “Şaxtyor” klubuna ötən mövsüm “Atletiko Moneyro”dan 25 milyon avroya transfer olunub.

 

Son yazılar

Yuxarı