Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bavariya" öz meydanında "Arsenal"la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, qarşılaşma London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq "Bavariya" növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, Münhen təmsilçisi İngiltərədə 3:1 hesabı ilə "Arsenal"ı məğlub etmişdi.
