“Arsenal” “Bavariya”dan futbolçu transfer edir
04.01.2025 , 20:43
“Arsenal” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, Bukayo Sakanın ciddi zədələnməsi London klubunu hücum xəttini necə gücləndirmək barədə düşünməyə vadar edir.
“Topçular” “Bavariya”dan Kinqsli Komanı transfer etməyi planlaşdırır.
“Arsenal” hazırda Koman üçün danışıqlar aparır. 28 yaşlı futbolçunun “Bavariya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.