“Arsenal” Bakıya gəlir
03.10.2018 , 13:08

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Arsenal” Bakıya yola düşüb. London təmsilçisi 17:20-də Azərbayacana çatacaq. “Topçular” 18:30-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. “Arsenal” Bakıda “Hilton” otelində məskunlaşacaq.
Bu, Bakıya gələn “Arsenal”ın 132 illik tarixində ən uzun səfəri (4000 km) olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu sabah saat 20:55-də keçiriləcək.
