“Arsenal”ın ev oyunlarını keçirdiyi “Emireyts” stadionunda antirekord qeydə alınıb.
“Topçular”ın dünən İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Donkaster”i 1:0 hesabı ilə məğlub etdikləri görüşü 44 064 azarkeş izləyib. Bu, 11 il əvvəl istifadəyə verilmiş stadionda ən az tamaşaçı toplayan oyundur.
60 min tutuma malik “Emireyts”də əvvəlki antirekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “Şrusberi” ilə görüşü cəmi 46 539 fanat izləmişdi.
