“Arsenal”ın hücumçusu Olivie Jiru tezliklə məşqlərə başlayacaq.
Korner.az-ın məlumatına görə, bu haqda “topçular”ın baş məşqçisi Arsen Venger məlumat verib: “Jirunun işləri yaxşı gedir. O, bərpa müddətini üç həftə qabaqlayıb. Düşünürəm ki, yığma komandaların oyunlarından sonra məşqlərə başlayacaq”.
Amma Jirunun sağalması ilə yanaşı, başqa bir oyunçunun zədələnmə xəbəri bərabər gəlib. Söhbət Cek Uilşirdən gedir. İngiltərə Premyer Liqasının X turu çərçivəsində “Bernli” ilə oynanılacaq matçda o, komandasına kömək edə bilməyəcək.