"Arsenal"ın alman futbolçusu Mesut Özilin zədəsi daha da ağırlaşıb
Korner.az-ın məlumatına görə, həkim müayinəsi futbolçunun artıq sağalmalı olduğunu vədini versə də, gözlənilən baş tutmayıb. Türk əsilli pleymeyker daha 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mesut Özildən xoş xəbər almayan "Arsenal" azarkeşləri Olivye Jirunun sağalmasına sevinib. Belə ki, futbolçu artıq məşqlərə başlayıb.
